Bu il Naxçıvanda əsas kapitala vəsait qoyuluşu cüzi artıb

Maliyyə
  • 29 sentyabr, 2021
  • 06:02
Bu il Naxçıvanda əsas kapitala vəsait qoyuluşu cüzi artıb

Vəsait qoyuluşları çərçivəsində bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 664,2 milyon manat vəsait yönəldilib.

“Report” yerli Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, bir il öncəki göstəricidən 0,4 % çoxdur.

Əsas kapitala yönəldilmiş vəsaitin 638,1 milyon manatı və ya 96,1 %-i tikinti-quraşdırma işlərinin payına düşüb.

44 filmi