Naxçıvan iqtisadiyyatı 2 %-dən çox böyüyüb
Maliyyə
- 11 iyun, 2024
- 09:20
Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 535 milyon 488 min 900 manat olub.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövründəki göstəricidən 2,2 % çoxdur.
Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 1,6 % artaraq 1 141,8 manat olub.
Eyni zamanda, bu ilin yanvar-may aylarında muxtar respublikada 212 milyon 239 min manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricini 7,2 % üstələyib.
Sənaye məhsulunun 189 milyon 78 min 600 manatı və ya 89,1 %-i malların, 23 milyon 160 min 400 manatı və ya 10,9 %-i isə xidmətlərin payına düşüb.
Son xəbərlər
21:40
Foto
Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzi ilə tanış olublar
Daxili siyasət21:39
Göygöldə qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Hadisə21:36
Rəşad Sadıqov: "Sumqayıt"la matçda top fərqi daha böyük ola bilərdi"
Futbol21:31
Pxuket sahillərində təhlükəli maddə daşıyan gəmi batıb
Digər ölkələr21:10
"Sumqayıt"ın baş məşqçisi: "Müdafiədə etdiyimiz dəyişikliklərin nəticəyə təsiri olmadı"
Futbol21:07
Foto
Limassolda Avropa birinciliyi: Azərbaycan karateçiləri 6 medal qazanıb
Komanda21:01
Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində olublar
Elm və təhsil20:42
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də gümüş medal qazanıb - YENİLƏNİB
Fərdi20:36