Bu il Dövlət Gömrük Komitəsinin büdcə daxilolmaları 26%-dan çox artıb

Bu il Dövlət Gömrük Komitəsinin büdcə daxilolmaları 26%-dan çox artıb Bu ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 mlrd 873 mln 657 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,5% çoxdur.
Maliyyə
9 Sentyabr , 2019 12:50
Bu il Dövlət Gömrük Komitəsinin büdcə daxilolmaları 26%-dan çox artıb

Bu ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 mlrd 873 mln 657 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,5% çoxdur.

DGK-dən "Report"a verilən məlumata görə, bu ilin səkkiz ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 18,8% artaraq 693 mln 651 min manat olub.

Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 26,9% artaraq 1 mlrd 965 mln 579 min manat, aksizlər 62,7% artaraq 184 mln 703 min manat, yol vergisi üzrə daxilolmalar isə 21% artaraq 29 mln  425 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi