Bu il “ƏDV geri al” layihəsi çərçivəsində 44 milyon manat qaytarılıb

Bu il “ƏDV geri al” layihəsi çərçivəsində 44 milyon manat qaytarılıb Bu ilin yanvar-mat aylarında Azərbaycanda fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən aldığı mallara və göstərilən xidmətlərə görə ödədiyi ƏDV-nin 43,8 milyon manatı geri qaytarılıb.
Maliyyə
6 Aprel , 2024 12:52
Bu il “ƏDV geri al” layihəsi çərçivəsində 44 milyon manat qaytarılıb

Bu ilin yanvar-mat aylarında Azərbaycanda fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən aldığı mallara və göstərilən xidmətlərə görə ödədiyi ƏDV-nin 43,8 milyon manatı geri qaytarılıb.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu günə qədər alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün edvgerial.az portalında 2,7 milyondan çox istifadəçi qeydə alınıb. Layihənin tətbiq edildiyi vaxtdan 2024-cü ilin 1 aprel tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 1,5 milyarddan çox kassa çeki üzrə 559,5 milyon manat ƏDV məbləği geri qaytarılıb.

“ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.

Son xəbərlər

Orphus sistemi