Bu il əcnəbilər Azərbaycanda kart əməliyyatlarını 2,4 dəfə artırıblar

Maliyyə
  • 29 oktyabr, 2021
  • 07:09
Bu il əcnəbilər Azərbaycanda kart əməliyyatlarını 2,4 dəfə artırıblar

2021-ci ilin sentyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 124,3 milyon manat təşkil edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr buraxılışında bildirilir.

Məlumata görə, bu 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 98,4 milyon manat yaxud 4,8 dəfə çoxdur.

2021-ci ilin yanvar-sentyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 836,5 milyon manatlıq əməliyyat aparıblar ki, bu da illik müqayisədə 482,3 milyon manat və ya 2,4 dəfə çoxdur.