Bu il dünyada qızıla tələbat 14% azalıb

Bu il dünyada qızıla tələbat 14% azalıb Qiymətli metalın təklifində də II rübdə 8% azalma qeydə alınıb
Maliyyə
3 Avqust , 2017 11:47
Bu il dünyada qızıla tələbat 14% azalıb

Bakı. 3 avqust. REPORT.AZ/ Bu ilin I yarısında dünyada qızıla tələbat ötən ilin eyni dövrü ilə müqayisədə 14% azalaraq 2 003,8 ton təşkil edib. 

"Report" "World Gold Council"a istinadən xəbər verir ki, 2017-ci ilin II rübündə isə qiymətli metala tələbat illik müqayisədə 10% azalaraq 953,4 tona düşüb. 

Azalmaya səbəb birjalardakı investisiya fondlarına axının azalması ilə izah olunur.

Qızıla tələbatla yanaşı, onun təklifi də azalıb. Belə ki, 2017-ci ilin II rübündə qızıl bazarında təklif illik müqayisədə 8% azalaraq 1 065,9 ton təşkil edib. Bu dövrdə qızıl hasilatı isə sabit qalıb, lakin təkrar emal 18% azalma nümayiş etdirib. Bu xəbər əmtəə birjalarında qızılın 1 unsiyasının qiymətinin 0,8% azalaraq 1 260 dollara düşməsinə səbəb olub. 

Son xəbərlər

Orphus sistemi