Britaniyanın büdcə kəsiri rekord həddə çatıb

Britaniyanın büdcə kəsiri rekord həddə çatıb Böyük Britaniyanın Milli Statistika Bürosu 2020/21-ci maliyyə ilinin ilk yeddi ayında büdcə kəsirinin 214,9 milyard funt sterlinqə yüksəldiyini açıqlayıb
Maliyyə
20 Noyabr , 2020 17:05
Britaniyanın büdcə kəsiri rekord həddə çatıb

Böyük Britaniyanın Milli Statistika Bürosu (ONS) 2020/21-ci maliyyə ilinin (aprel ayında başlayıb -red.) ilk yeddi ayında büdcə kəsirinin 214,9 milyard funt sterlinqə (286 milyard ABŞ dollarına) yüksəldiyini açıqlayıb. Bu, belə məlumatların toplanmağa başladığı 1993-cü ildən bəri rekord göstəricidir.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, oktyabr ayında büdcə kəsiri 22,3 milyard funt sterlinq (29,7 milyard ABŞ dolları) artıb. Beləliklə, ONS-nin proqnozlarına görə, maliyyə ilinin sonuna (yəni 2021-ci ilin mart ayının sonuna) büdcə kəsiri 372,2 milyard funt sterlinqə (488 milyard ABŞ dolları) çatacaq. Ümumilikdə oktyabr ayının sonuna qədər Britaniyanın dövlət borcu 2,077 trilyon funt sterlinqə (2,76 trilyon ABŞ dolları) çatıb ki, bu da ÜDM-in 104,7 %-nə bərabərdir. Bu, ötən əsrin 60-cı illərindən bəri rekord göstəricidir.

Bir neçə gün əvvəl İngiltərə Bankı Böyük Britaniyanın ÜDM-i ilə bağlı proqnozunu yeniləmişdi. İndi bank 2020-ci ildə ÜDM-də 11 % (əvvəlki proqnoza görə 9,5 %) azalma olacağını, 2021-ci ildə isə 7,25 % (əvvəl 9 %) artım olacağını gözləyir.

Son xəbərlər

Orphus sistemi