"Brand Credit"in rəhbərliyi dəyişib

"Brand Credit"in rəhbərliyi dəyişib İdarə Heyətinə sədr təyin edilən şəxs bağlanmış bankın departament direktoru olub
Maliyyə
1 Sentyabr , 2016 10:08
Brand Creditin rəhbərliyi dəyişib

Bakı. 1 sentyabr. REPORT.AZ/ "Brand Credit" bank olmayan kredit təşkilatının (BOKT) rəhbərliyi dəyişib. "Report" xəbər verir ki, BOKT-un İdarə Heyətinə yeni sədr təyin edilib.

Söhbət Rahil Vaqif oğlu Əhmədovdan gedir. O, bundan əvvəl hazırda ləğvetmə prosesində olan "Dekabank" ASC-nin Kredit Departamentinin direktoru, eləcə də Bankın səhmdarı olub. R.Əhmədov yeni vəzifəsində Sərxan Mehman oğlu Həsənovu əvəz edib. S.Həsənov isə vaxtilə "Dekabank"ın Müşahidə Şurasının üzvü olub.

BOKT-un Müşahidə Şurasına isə Niyazi Şaiq oğlu Vəliyev rəhbərlik edir. O, bu ilin mayına qədər, həm də "Dekabank"ın İdarə Heyətinin sədri vəzifəsində çalışıb, Bankda pay sahibi olub.

Xatırladaq ki, "Brand Credit" MMC 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 900 min manatdır. BOKT-un təsisçiləri N.Vəliyev (47%), Şaiq Vəli oğlu Vəliyev (47%) və Şəbnəm Rafiq qızı Vəliyevadır (6%). 

Son xəbərlər

Orphus sistemi