“Brand Credit” BOKT-un mənfəəti kəskin azalıb

“Brand Credit” BOKT-un mənfəəti kəskin azalıb “Brand Credit” BOKT-un mənfəəti kəskin azalıb
Maliyyə
3 İyul , 2020 13:59
“Brand Credit” BOKT-un mənfəəti kəskin azalıb

“Brand Credit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 6 min manat mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən təxminən 92% azdır.

Bu il yanvarın 1-nə “Brand Credit”in aktivləri 3,2 milyon manat olub ki, bu da illik müqayisədə 9,4% çoxdur. Bunun 2,5 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Ötən il BOKT-un kredit portfeli 37,5% böyüyüb.

Hesabat dövründə “Brand Credit”in öhdəlikləri 11,5% artaraq 2,6 milyon manata, balans kapitalı isə 0,9% artaraq 575 min manata çatıb.

Xatırladaq ki, “Brand Credit” 2011-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 1,9 milyon manat olsa da, ötən ilin yekununda 900 min manat təşkil edib, təsisçiləri isə Əli Hüseynov, Yeganə Vəliyeva və Şəbnəm Vəliyeva olub.

Son xəbərlər

Orphus sistemi