"Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasına özəl sektorun cəlb edilməsi təklif olunur

"Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasına özəl sektorun cəlb edilməsi təklif olunur Azərbaycanda 2022-2026-cı illərdə icra olunacaq "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın reallaşdırılmasına özək sektorun cəlb edilməsi arzuolunandır.
Maliyyə
1 Noyabr , 2023 10:54
Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına özəl sektorun cəlb edilməsi təklif olunur

Azərbaycanda 2022-2026-cı illərdə icra olunacaq "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın reallaşdırılmasına özəl sektorun cəlb edilməsi arzuolunandır.

"Report" xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunda (“IBF-2023”) bildirib.

"Proqramın icrası ilə bağlı dövlət qurumları 30 milyard manatdan çox tələb qoyub. Bunun təxminən 22 milyard manatını hökumət qarşılayacaq. Təxminən 8 milyard manata qədər vəsait qalacaq ki, bunun da özəl sektora yönəldilməsi arzulanandır. "Böyük Qayıdışa dair I Dövlət Proqramı" bank sektoru da üçün də yaxşı imkanlar yaradacaq", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi