Britaniyanın iri şirkətləri dividend ödənişlərini dayandırıb

Britaniyanın iri şirkətləri dividend ödənişlərini dayandırıb Böyük Britaniyanın FTSE 100 indeksinə daxil olan ən iri şirkətləri koronavirus (COVID-19) pandemiyası başlayandan bəri 2019-2020-ci illər dövrünə aid 23,85 milyard funt stertlinq məbləğində dividend ödənişlərini həyata keçirməyib.
Maliyyə
8 May , 2020 16:00
Britaniyanın iri şirkətləri dividend ödənişlərini dayandırıb

Böyük Britaniyanın FTSE 100 indeksinə daxil olan ən iri şirkətləri koronavirus (COVID-19) pandemiyası başlayandan bəri 2019-2020-ci illər dövrünə aid 23,85 milyard funt stertlinq məbləğində dividend ödənişlərini həyata keçirməyib. 

“Report” bu barədə "Financial Times" nəşrinə istinadən xəbər. 

Məlumata görə, son olaraq BT şirkəti mayın 7-də 3,3 milyard funt məbləğində dividend ödənişini dayandırdığını, gələcəkdə daha kiçik ödəmələr həyata keçirəcəyini açıqlayıb. Bu, şirkətin özəlləşdirildiyi 80-cı illərdən bəri ilk belə haldır. “AJ Bell plc.” broker şirkətinin məlumatına görə,  BT ölkənin 20 ən iri dividend ödəyicisindən biri olub.

Xatırladaq ki, bundan əvvəl Böyük Britaniyanın ən iri şirkətlərinin 2019-cu il üçün 89 milyard funt sterlinq, 2020-ci il üçün isə 91,5 milyard sterlinq dividend ödəyəcəyi gözlənilirdi.

Ekspertlərin fikrincə, ölkə dividend ödənişləri ilə bağlı köklü dəyişikliklər mərhələsinə qədəm qoyur.

“Bəzi şirkətlər açıq-aşkar artıq ödənişlər edirdi. Hazırkı böhran bir çox şirkətləri öz siyasətini dəyişdirməyə vadar edir”, - deyə “Majedie” şirkətinin eksperti Ceyms de Aphou fikrini bildirib.

Bir çox ekspertlər şirkətlərin dividend ödəməkdən boyun qaçırmasını, qismən də olsa, dövlət yardımı almaq üçün bir əsas əldə etmək istəmələri ilə izah edirlər.

“Bir çox şirkətlər dövlət yardımına kəskin ehtiyac yaransa, dividend ödəmələrinin onu almağa əngəl yaratmayacağına arxayın olmaq istəyir”, - deyə aktivlər idarəçiliyi sahəsində iri şirkətlərdən olan DWS-in eksperti Britta Veidenbax qeyd edib.

Son xəbərlər

Orphus sistemi