Böyük Britaniyada üzərində Kral III Çarlzın təsviri olan sikkələrin dizaynı təqdim edilib

Böyük Britaniyada üzərində Kral III Çarlzın təsviri olan sikkələrin dizaynı təqdim edilib Britaniya Kral Sikkəxanası Böyük Britaniyanın yeni kralı III Çarlzın təsviri olan sikkələrin dizaynını təqdim edib. 50 pens dəyərində olan ilk sikkələr bu ilin dekabrında dövriyyəyə buraxılacaq.
Maliyyə
30 Sentyabr , 2022 10:13
Böyük Britaniyada üzərində Kral III Çarlzın təsviri olan sikkələrin dizaynı təqdim edilib

Britaniya Kral Sikkəxanası Böyük Britaniyanın yeni kralı III Çarlzın təsviri olan sikkələrin dizaynını təqdim edib. Əlli (50) pens dəyərində olan ilk sikkələr bu ilin dekabrında dövriyyəyə buraxılacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, ənənəyə görə, monarxın profili sola - sələfinin baxdığı istiqamətin əksinə çevriləcək. Belə ki, III Çarlzdan əvvəl hakimiyyətdə olmuş monarxlar - Britaniya tarixində rekord 70 il 7 ay hakimiyyətdə olmuş Kraliça II Yelizavetanın profili sağa, onun atası Kral VI Georqun (1895-1952) profili isə sola çevrilib.

Kralın təsviri olan yeni sikkələrlə yanaşı, II Yelizavetanın təsviri olan sikkələr də dövriyyədə qalacaq. Hazırda Böyük Britaniyada üzərində mərhum Kraliça II Yelizavetanın təsviri əks olunmuş 27 milyard sikkə dövriyyədədir.

Son xəbərlər

Orphus sistemi