Böyük Britaniya Azərbaycana investisiya qoyuluşunu 5 %-ə yaxın azaldıb
Maliyyə
- 30 dekabr, 2024
- 11:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 1 milyard 304,1 milyon ABŞ dolları birbaşa investisiya yatırıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % azdır.
Hesabat dövründə Birləşmiş Krallığın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 28,8 % olub.
9 ay ərzində Azərbaycan isə Böyük Britaniya iqtisadiyyatına 87,15 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 26,4 % çoxdur.
Hesabat dövründə Azərbaycanın Birləşmiş Krallığın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 6,3 % təşkil edib.
Son xəbərlər
10:25
BDU-nun yeni rektoru: Müasir universitet gəncləri ölkənin gələcəyi üçün məsuliyyət daşımağa hazırlamalıdır
Elm və təhsil
10:17
Polşada NATO aviasiyası Ukraynadakı hava həyəcanı səbəbindən havaya qaldırılıb
Digər ölkələr
10:16
Foto
İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
Xarici siyasət
10:15
Vüsal Hacıyev: "İstixana sektorunda kadrlara ehtiyac artır"
ASK
10:11
Şahdağa qar yağır - Faktiki hava
Ekologiya
10:08
Gürcüstanda Poniçala faciəsi ilə bağlı noyabrın 22-si matəm günü elan olunub
Region
10:08
AXA: Müasir suvarma sistemləri 30 min hektar ərazidə tətbiq olunacaq
ASK
10:06
Azərbaycanın U-20 millisi bu gün İraqla növbəti yoldaşlıq oyununu keçirəcək
Futbol
10:04
Rusiya Ukraynanın infrastrukturuna ballistik raketlərlə kütləvi zərbə endirib
Digər ölkələr