BMT: "Konteyner daşımalarının bahalaşması qlobal idxal qiymətlərini 11 % artıra bilər"

BMT: "Konteyner daşımalarının bahalaşması qlobal idxal qiymətlərini 11 % artıra bilər" Konteyner daşımalarının tariflərinin indiki artımının dayanıqlı olacağı təqdirdə 2023-cü ilə kimi qlobal idxal qiymətləri 11 %, istehlak qiymətləri 1,5 % arta bilər.
Maliyyə
18 Noyabr , 2021 12:23
BMT: Konteyner daşımalarının bahalaşması qlobal idxal qiymətlərini 11 % artıra bilər

Konteyner daşımalarının tariflərinin indiki artımının dayanıqlı olacağı təqdirdə 2023-cü ilə kimi qlobal idxal qiymətləri 11 %, istehlak qiymətləri 1,5 % arta bilər.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT‐nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) 2021-ci il üçün dəniz nəqliyyatının icmalında deyilir.

Qeyd edilir ki, pandemiya vaxtı istehlak mallarına tələbatın kəskin artması bütün dünya üzrə tədarüklə bağlı ciddi problemlər yaradıb. Bu, konteyner daşıyanların və yüklərin daşınması üçün konteyner təklifinə təsir edib.

Konteyner daşımalarının qiymətlərinin artması dünya iqtisadiyyatının bərpası üçün ciddi təhlükə yaradır. İdxal qiymətlərinin artmasından dəniz daşımalarından asılı olan və istehlak ehtiyaclarının böyük hissəsini idxal hesabına ödəyən kiçik iqtisadiyatlar daha çox zərər çəkəcək. Tariflərin artımı ticarətə ciddi təsir edəcək və ələlxüsus inkişaf etməkdə olan ölkələrdə sosial-iqtisadi bərpanı sarsıdacaq. Bu prosesin qiymətlərin normal axarına dönməsinə kimi davam edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi