Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) bu il 4 % artacaq.
“Report” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) "Dünya İqtisadiyyatının Vəziyyəti və Perspektivləri - 2022" hesabatında bildirilib.
Sənədə əsasən, 2023-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 % böyüyəcək.
Azərbaycan hökumətinin proqnozlarına görə, 2022-2026-cı illərdə orta illik ÜDM-in artımı 3,9 % səviyyəsində proqnozlaşdırılır. Bu dövrdə qeyri-neft ÜDM-in artımı illik 5 % təşkil edəcək.
2027-ci ilədək ÜDM-də kiçik və orta biznesin payı qeyri-neft ÜDM-in 35 %-nə çatmalıdır.
2026-cı ilə qədər Azərbaycanın qeyri-neft ixracının həcmi 1,8 dəfə artmalıdır.
2021-ci ildə ÜDM-in artımı 5,1 % səviyyəsində proqnozlaşdırır. 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda real ÜDM illik müqayisədə 5,3 % artıb.