BMT: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı xərcləmələri artırıb

BMT: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı xərcləmələri artırıb Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə dair xərclər 2023-cü ildə 34,2 milyon ABŞ dolları olub, 2024-cü ildə isə bu rəqəm 37 milyon ABŞ dolları təşkil edəcək.
Maliyyə
8 Aprel , 2024 11:43
BMT: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı xərcləmələri artırıb

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə dair xərclər 2023-cü ildə 34,2 milyon ABŞ dolları olub, 2024-cü ildə isə bu rəqəm 37 milyon ABŞ dolları təşkil edəcək.

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva bildirib.

"Növbəti mərhələdə iqlim dəyişiklikləri ilə bağlı ciddi öhdəliklərimiz var. Bu il iqlim dəyişikliyi ilə bağlı məsələlərə daha çox diqqət yetiriləcək. Biz COP çərçivəsində və bundan sonrakı mərhələdə Azərbaycana iqlim dəyişikliyi ilə bağlı dəstək göstərməyə hazırıq, buna çalışacağıq",- deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi