İrlandiya loukosteri “Ryanair Holdings Plc” bəyan edib ki, "London Fond Birjası"nda listinqdən imtina edəcək və “Brexit” ilə əlaqədar delistinq həyata keçirəcək ilk böyük şirkət olacaq. Belə ki, onsuz da şirkətin birjadakı səhmlərinin ticarət həcmləri xərcləri qarşılamır.
Bu barədə “Report” “Bloomberg”ə istinadən xəbər verir.
Şirkət bəyan edib ki, bu qərarın qəbul edilməsi Avropa İttifaqı qanunvericiliyinin xüsusiyyətləri ilə bağlıdır. Belə ki, ittifaqın ərazisində qeydiyyatdan keçmiş aviasiya şirkətləri məhz Aİ-yə üzv dövlətlərin vətəndaşlarına və yaxud təşkilatlarına məxsus olmalı, onlar tərəfindən idarə olunmalıdır.
“Ryanair”in səhmləri bu gün 0,4%, bu il isə 0,6% ucuzlaşıb.
2020-ci ildə 51,7 milyon nəfər sərnişin “Ryanair” şirkətinin xidmətindən yararlanıb.