Bitkoinin qiyməti ilk dəfə 50 min dolları keçdi

Bitkoinin qiyməti ilk dəfə 50 min dolları keçdi Son iki ayda bitkoinin dəyəri mütəmadi olaraq tarixi rekordlar qırır
Maliyyə
16 Fevral , 2021 18:24
Bitkoinin qiyməti ilk dəfə 50 min dolları keçdi

Bakı vaxtı ilə saat 16:30-da bitkoinin orta çəkili dəyəri tarixdə ilk dəfə 50 min ABŞ dollarını keçib.

“Report” xəbər verir ki, bunu “Coindesk”in məlumatları sübut edir.

Bu gün səhər saatlarında bitkoinin dəyəri bu göstəriciyə yaxınlaşsa da, ona çata bilməmişdi.

Dekabrda kriptovalyuta tarixi 21 min ABŞ dolları səviyyəsinə qayıtdıqdan sonra dəyər qazanmaqda davam edir. Son iki ayda bitkoinin dəyəri mütəmadi olaraq tarixi rekordlar qırır. Son bahalaşma əsasən “Tesla” korporasiyasının kriptovalyutaya 1,5 milyard ABŞ dolları həcmində sərmayə qoymaq qərarı ilə əlaqələndirilir.

Son xəbərlər

Orphus sistemi