Bitkoin 5 % bahalaşıb

Bitkoin 5 % bahalaşıb Dünyanın aparıcı kriptovalyutası - bitkoin 43,8 min ABŞ dollarına kimi bahalaşıb.
Maliyyə
6 Dekabr , 2023 15:31
Bitkoin 5 % bahalaşıb

Dünyanın aparıcı kriptovalyutası - bitkoin 43,8 min ABŞ dollarına kimi bahalaşıb.

“Report” xəbər verir ki, kriptovalyutanın qiyməti son 24 saatda 5 %, son 7 gündə isə 15 % artıb. Nəticədə bitkoinin kapitallaşması 857 milyard ABŞ dollarına kimi yüksəlib.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 2,5 %, son bir həftədə isə 10 % artaraq 2 262 ABŞ dollarına çatıb.

İlk onluqda yer alan altkoinlərdən ən çox dəyər qazanan “Avalanche” (AVAX) olub. Kriptovalyuta son bir sutkada 17 %, son bir həftədə isə 23 % bahalaşıb.

Hazırda kriptovalyuta bazarının toplam dəyəri 1,6 trilyon ABŞ dollarıdır.

Son xəbərlər

Orphus sistemi