"Bitcoin" 2019-cu ilin əvvəlindən bəri nail olduğu bütün artımları itirib

Maliyyə
  • 11 yanvar, 2019
  • 06:27
Bitcoin 2019-cu ilin əvvəlindən bəri nail olduğu bütün artımları itirib

Bakı. 11 yanvar. REPORT.AZ/ Əsas kriptovalyutalar yanvarın 10-da baş tutan torqlarda 2019-cu ilin əvvəlindən etibarən əldə etdikləri bütün mənfəəti itirib.

"Report" xəbər verir ki, bunu torqların dəyərindən görmək olar.

Məsələn, "Bitcoin", təxminən, 10% dəyər itirərək 3445 dollardan aşağıya düşüb. "Ethereum" 15%, "Ripple" 9% dəyər itirib.

CNBC telekanalına müsahibəsində "eToro" onlayn valyuta ticarət platformasının böyük bazar analitiki bildirib ki, kriptovalyutaların dəyərdən düşməsi üçün heç bir texniki və ya fundamental səbəb yoxdur.

Analitiklər hələ 2018-ci ilin yazında virtual valyutalara olan marağın azaldığını qeyd edirdilər. "Coinmarketcap.com"un məlumatına görə, kriptovalyuta bazarının bütün bazar kapitallaşması il ərzində 85% azalıb.

44 - Tezliklə