Bişkekdə TDT ölkələrinin iqtisadiyyat və ticarət nazirlərinin 13-cü iclası keçirilib

Bişkekdə TDT ölkələrinin iqtisadiyyat və ticarət nazirlərinin 13-cü iclası keçirilib Bişkəkdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin iqtisadiyyat və ticarət nazirlərinin 13-cü iclası və TDT-nin iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun 15-ci iclası keçirilib.
Maliyyə
18 Oktyabr , 2024 13:53
Bişkekdə TDT ölkələrinin iqtisadiyyat və ticarət nazirlərinin 13-cü iclası keçirilib

Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin iqtisadiyyat və ticarət nazirlərinin 13-cü iclası və TDT-nin iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun 15-ci iclası keçirilib.

“Report” bu barədə Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyinə istinadən xəbər verir.

Qırğızıstanın iqtisadiyyat naziri Daniyar Amangeldiyev açılış nitqində 3 oktyabr - Türk Dövlətləri Əməkdaşlıq Gününün əhəmiyyətini qeyd edib və iştirakçı ölkələri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında sazişin imzalanmasının 15-ci ildönümü münasibətilə təbrik edib.

Nazir ikitərəfli əlaqələr çərçivəsində atılan mühüm addımları, o cümlədən Qırğızıstan Prezidenti Sadır Japarovun bu yaxınlarda Azərbaycana baş tutmuş səfərini və 2024-2029-cu illər üçün Əməkdaşlıq Proqramının imzalandığnı diqqətə çatdırıb. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qırğızıstana qarşıdan gələn səfərinin qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə böyük töhfə verəcəyini qeyd edib.

Görüşdə müzakirə olunan əsas layihələrdən biri region üçün strateji əhəmiyyət kəsb edən və Avropa ilə Çin arasında yeni logistika imkanları açacaq Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi ilə bağlı olub.

Müasir iqtisadi gündəliyin bir hissəsi kimi yaşıl iqtisadiyyatın inkişafına xüsusi diqqət yetirilib.

İqtisadi əməkdaşlıq üzrə işçi qrupun iclasında əsas məsələlər, o cümlədən TDT ölkələri arasında rəqəmsal iqtisadiyyat sahəsində Tərəfdaşlıq sazişinin tamamlanması məsələsi müzakirə edilib. Bu saziş rəqəmsal transformasiya dövründə ticarət əlaqələrinin gücləndirilməsi istiqamətində mühüm addım olacaq.

Son xəbərlər

Orphus sistemi