"BirKart" daha bir yeniliyini müştərilərə təqdim edib

Maliyyə
  • 01 noyabr, 2019
  • 10:05
BirKart daha bir yeniliyini müştərilərə təqdim edib

Partnyor şəbəkəsini durmadan genişləndirən, istər xidmət, istər ticarət, istərsə də iaşə obyektləri sayəsində taksitli alış-veriş təklif edən "BirKart", daha bir yeniliyini müştərilərə təqdim edib.

"Report" Kapital Banka istinadən xəbər verir ki, "BirKart" sahibləri Respublika Diaqnostika Mərkəzində həkim müayinəsindən keçən zaman tələb olunan ödənişi hissə-hissə ödəyə bilərlər.

Diaqnostika Mərkəzinə müraciət edən müştərilər, istənilən həkim müayinəsindən keçə, əməliyyat etdirə, hətta övlad dünyaya gələn zaman BirKart-dan istifadə edib, tələb olunan məbləği əlavə faiz və komissiya olmadan, 6 ay müddətində bərabər hissələrlə ödəyə bilərlər.

Xatırladaq ki, "BirKart"ın 3 növü var – "taksit", "taksit/cashback" və "taksit/miles". "BirKart" bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.azsaytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.azmüraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.