“Birkart” BOKT maliyyə göstəricilərini açıqlayıb

“Birkart” BOKT maliyyə göstəricilərini açıqlayıb
Maliyyə
144
25 May , 2020 16:30
“Birkart” BOKT maliyyə göstəricilərini açıqlayıb

“Birkart” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 148 min manat zərərlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 48 dəfə çoxdur.

Bu il yanvarın 1-nə “Birkart”ın aktivləri 1,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3 dəfə çoxdur. Bunun 1,2 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. BOKT-un kredit portfeli ötən il formalaşıb.

Hesabat dövründə “Birkart”ın 1,1 milyon manatlıq öhdəlikləri yaranıb, balans kapitalı isə 29,8% azalaraq 349 min manata düşüb.

Xatırladaq ki, “Birkart” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır. BOKT-un təsisçisi 100% “Kapital Bank” ASC-dir.