Azərbaycanın builki dövlət büdcəsində 2,6 milyard manatlıq profisit yaranıb

Azərbaycanın builki dövlət büdcəsində 2,6 milyard manatlıq profisit yaranıb Bu ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 7810,9 mln. manat, xəxarici 5254,8 mln. manat olub, 2556,1 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.
Maliyyə
705
3 Aprel , 2020 12:53
Azərbaycanın builki dövlət büdcəsində 2,6 milyard manatlıq profisit yaranıb
Report

Bu ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 7810,9 mln. manat, xəxarici 5254,8 mln. manat olub, 2556,1 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, rüb ərzində dövlət büdcəsinin mədaxili 7810,9 mln. manat və ya rüblük proqnoza qarşı 2063,2 mln. manat, 35,9 faiz çox icra olmuşdur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2039,9 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 221,2 mln. manat və ya 12,2 faiz çoxdur. Həmin vəsaitin 68,5 faizi və yaxud 1396,4 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 244,5 mln. manat və ya 21,2 faiz çoxdur.

Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 991,0 mln. manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 91,0 mln. manat və ya 10,1 faiz çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar üzrə ödənişli xidmətlər və sair daxilolmalardan müvafiq olaraq 109,3 və 39,7 mln. manat vəsait büdcəyə daxil olub.

Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə 4631,0 mln. manat vəsait transfert edilmişdir ki, bu da proqnoza nisbətən 1793,5 mln. manat və ya 1,6 dəfə çoxdur.

2020-ci ilin birinci rübündə dövlət büdcəsində 2556,1 mln. manat profisit yaranmışdır ki, bu da proqnozlaşdırılan 533,4 mln. manat profisitdən 2022,7 mln. manat çoxdur.
Eyni zamanda qeyd olunmalıdır ki, cari ilin 1-ci rübündə ARDNF-dən dövlət büdcəsinə proqnozlaşdırılandan artıq vəsait daxil olub ki, bu transfertin məbləği çıxıldıqdan sonra belə dövlət büdcəsində 762,6 mln. manat profisit yaranıb.

Dövlət büdcəsinin profisitinin proqnoza qarşı əhəmiyyətli dərəcədə artması ilk növbədə dövlət büdcəsinə ARDNF-dən proqnozdan artıq transfertin (1 793,5 mln. manat) köçürülməsi, habelə fiskal orqanları (Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi) tərəfindən gəlir proqnozların artıqlaması (312,2 mln. manat) ilə təmin edilməsi hesabına olub.

2020-ci ilin birnici rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,8 faiz və yaxud 5254,8 mln. manat icra edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən 218,9 mln. manat və ya 4,4 faiz çoxdur.

İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 48,0 faizi və ya 2519,8 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 faiz və ya 415,3 mln. manat çoxdur.

2020-ci ilin birinci rübündə dövlət büdcəsi xərclərinin 3919,9 mln. manatı və ya 74,6 faizi cari xərclərə, 930,3 mln. manatı və ya 17,7 faizi əsaslı xərclərə, 404,6 mln. manatı və ya 7,7 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

2020-ci ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

Son xəbərlər

Orphus sistemi