Son günlər ölkədə müharibə şəraitinin davam etməsinə görə əhali Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edir. Bunu nəzərə alaraq “BirBank” mobil tətbiqində istifadəçilər üçün yeni imkan yaradılıb.
Belə ki, Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmək istəyən "BirBank" istifadəçiləri tətbiqdə olan yeni bölməyə daxil olaraq, kart və yaxud hesabdan istədikləri məbləği onlayn qaydada fonda köçürə bilərlər. Bundan başqa, "Kapital Bank"ın filiallarında olan ödəniş terminalları vasitəsilə də Silahlı Qüvvələrə ianə məbləğini köçürmək olar.
Bir neçə gün əvvəl "BirBank" istifadəçiləri üçün daha bir yenilik tətbiq edilib. Artıq istifadəçilər bonus şəklində topladıqları “Ürəklər”ini Yardım Fonduna ianə formasında “xərcləyə” bilərlər. Fondun ianə hesabına 10 000 “Ürək” müqabilində 1 manat, 50 000 “Ürək” müqabilində 5 manat, 100 000 “Ürək” müqabilində isə 10 manat köçürmək olar. Funksiya tətbiq olunan zamandan, 100 000 manatdan artıq vəsait toplanıb və bu məbləğ sürətlə artmaqdadır.
Xatırladaq ki, ölkə üzrə ən məşhur olan "BirBank" mobil tətbiqinin 1 milyondan artıq istifadəçisi var. "iOS" və "Android" əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və yaxud 196 Məlumat Mərkəzi.