BFB: Tarif rejiminin optimallaşdırılması listinqə müraciətləri artırıb

BFB: Tarif rejiminin optimallaşdırılması listinqə müraciətləri artırıb Milli Depozit Mərkəzinin (MDM) yeni tariflərinin qüvvəyə minməsi nəticəsində tənzimlənən bazarda emitentlərin və investorların tarif yükü azaldılıb.
Maliyyə
21 Dekabr , 2020 11:03
BFB: Tarif rejiminin optimallaşdırılması listinqə müraciətləri artırıb

Milli Depozit Mərkəzinin (MDM) yeni tariflərinin qüvvəyə minməsi nəticəsində tənzimlənən bazarda emitentlərin və investorların tarif yükü azaldılıb.

"Report" xəbər verir ki, bu barədə "Bakı Fond Birjası" QSC-nin (BFB) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu kapital bazarının tənzimlənən seqmentinin və şirkətlərin fond birjasında listinqə çıxışının təşviqi, eyni zamanda təkrar bazar əməliyyatlarının stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Yeni tarif rejimi çərçivəsində fond birjasında listinqdə çıxan şirkətlərin MDM-ə ödədiyi xidmət haqları 2 dəfədən çox aşağı salınıb, həmçinin birjada korporativ qiymətli kağızlarla təkrar bazar, marketmeyker və repo əqdlərinin qeydiyyatı üzrə MDM-in investorlardan tutduğu tariflər optimallaşdırılıb.

"Nəticədə listinqdə daxil olmaq üçün BFB-yə müraciətlərin sayı artıb. Hesab edirik ki, kapital bazarında qəbul edilmiş yeni tarif siyasəti fond birjasında lisitinqə çıxan şirkətlərin sayının və aparılan əməliyyatların həcminin daha da artmasını təmin edəcək", - deyə Birja bəyan edib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə MDM-in yeni xidmət haqları bu günlərdə təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi