BFB Azərbaycanın kapital bazarında fərdi investorların potensialını açıqlayıb

Maliyyə
  • 09 may, 2024
  • 08:43
BFB Azərbaycanın kapital bazarında fərdi investorların potensialını açıqlayıb

Azərbaycanda fərdi investorların kapital bazarlarında iştirakının artırılması təşviq ediləcək.

“Report” xəbər verir ki, bu, “Bakı Fond Birjası” QSC-nin (BFB) “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nda əks olunub.

Sənədə əsasən, hazırda proqnozlaşdırıla bilən fərdi investor potensialı 280 milyon manat təşkil edir.

"Bu məqsədlə ekspertlər, kapital bazarının vasitəçiləri və banklar arasında sorğular keçiriləcək, investor maraqlarını əhatə edəcək təqdimatlar və məlumat kitabçaları hazırlanacaq. İlk növbədə hədəf auditoriyası müəyyənləşdiriləcək.

Son nəticədə təqib fəaliyyətləri həyata keçiriləcək, effektivliyin qiymətləndirməsi üçün rəylər toplanacaq və investorların kapital bazarı davranışları izlənəcək", - BFB qeyd edir.

Bildirilir ki, fərdi investorların portfelində xarici istiqrazların payı yerli korporativ istiqrazların həcmindən 2 dəfə çoxdur. Plana əsasən,yüksək gəlirli investorların yerli istiqrazlara marağının artırılması planlaşdırılır.

44 filmi