Beynəlxalq Valyuta Fondu: Maltadakı maliyyə sabitliyi pozula bilər

Beynəlxalq Valyuta Fondu: Maltadakı maliyyə sabitliyi pozula bilər Bakı. 25 yanvar. REPORT.AZ/ Maltada blokçeinin tətbiqinin geniş vüsət alması ölkə iqtisadiyyatı üçün təhlükəli nəticələrə gətirib çıxara bilər.
Maliyyə
25 Yanvar , 2019 14:39
Beynəlxalq Valyuta Fondu: Maltadakı maliyyə sabitliyi pozula bilər

Bakı. 25 yanvar. REPORT.AZ/ Maltada blokçeinin tətbiqinin geniş vüsət alması ölkə iqtisadiyyatı üçün təhlükəli nəticələrə gətirib çıxara bilər.

“Report” “Coingeek”ə istinadən xəbər verir ki, belə bir qənaətə ölkəyə səfər etdikdən sonra Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri gəliblər.

Onlar həmin təhlükənin çirkli pulların yuyulması və terrorçuların maliyyələşdirilməsi ilə bağlı olduğunu bildiriblər.

BVF nümayəndələri yüksək kriminal səviyyəsi şəraitində maliyyə şirkətlərinin çoxalması, yeni məhsulların sürətlə inkişafı, hüquq mühitinin təkmilləşməsi, əmək bazarının sərtləşməsi üzündən Malta Maliyyə Xidmətlər İdarəsi (MFSA – Malta Financial Services Authority) üçün ciddi çətrinliklərin ortaya çıxdığını vurğulayıblar. 

Ekspertlər sərməyəçilərə vətəndaşlığın verilməsinin də maliyyə sabitliyi üçün təhlükəli olduğunu söyləyiblər.

Maltada 2018-ci ildə rəqəmli pul bazarı liberallaşdırıldıqdan sonra ölkədə bir çox iri kriptrovalyuta şirkətlərinin bölmələri açılıb.

Son xəbərlər

Orphus sistemi