Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ötən ildən mənfəətlə çıxıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ötən ildən mənfəətlə çıxıb Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi 2020-ci ili 73 min manat mənfəətlə başa vurub. Halbuki, 2019-cu ildə qurumun gəlirləri və xərcləri eyni olmuşdu.
Maliyyə
15 Noyabr , 2021 17:59
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ötən ildən mənfəətlə çıxıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi 2020-ci ili 73 min manat mənfəətlə başa vurub. Halbuki, 2019-cu ildə qurumun gəlirləri və xərcləri eyni olmuşdu.

“Report” xəbər verir ki, ötən il Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə dövlət büdcəsindən əvvəlki illə müqayisədə 2,4 dəfə çox - 1,811 milyon manat vəsait ayrılıb. Qurum özü isə 0,001 milyon manat maliyyə gəlirləri əldə edib.

Hesabat dövründə Mərkəzin inzibati xərcləri 1,302 milyon manat (1 il bundan əvvələ nisbətən 2,2 dəfə çox), sair əməliyyat xərcləri 433 min manat (3 dəfə çox), məzənnə fərqindən zərəri isə 4 min manat (1 il bundan əvvəl olmayıb) təşkil edib. Qurum mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aktivləri 5,527 milyon manat olub ki, bu da illik müqayisədə 1,9% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 5,6% artaraq 583 min manata, balans kapitalı isə 1,5% artaraq 4,944 milyon manata çatıb.

Xatırladaq ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ölkə prezidentinin 6 fevral 2019-cu il tarixli fərmanı ilə yaradılıb, publik hüquqi şəxsdir. Onun nizamnamə kapitalı 4,871 milyon manatdır. Mərkəzin əsas məqsədi Azərbaycanda və dünyada baş vermiş vacib beynəlxalq prosesləri təhlil etmək, beynəlxalq məsələlərə dair yüksək keyfiyyətdə araşdırma materialları və hesabatlar hazırlamaq, Azərbaycanla bağlı araşdırmaları genişləndirmək, Cənubi Qafqaz regionunda gedən proseslər və təhlükəsizliklə əlaqədar məsələləri tədqiq etmək, həmçinin müvafiq olaraq ölkənin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak etməkdir.

Son xəbərlər

Orphus sistemi