Beynəlxalq mikromaliyyə fondu Azərbaycana 5 milyon dollar kredit verib

Beynəlxalq mikromaliyyə fondu Azərbaycana 5 milyon dollar kredit verib EMF mikromaliyyə fondu və “Turan Bank” ASC Kiçik və Orta sahibkarlığın (KOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıb
Maliyyə
7 May , 2021 10:48
Beynəlxalq mikromaliyyə fondu Azərbaycana 5 milyon dollar kredit verib

EMF mikromaliyyə fondu və “Turan Bank” ASC Kiçik və Orta sahibkarlığın (KOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıb.

“Report”a daxil olan məlumata görə, cəlb edilmiş vəsait kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilməklə sahibkarların maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirəcək.

Xatırladaq ki, “TuranBank” KOS-un maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini inkişaf etdirir. Bank Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), ECO Ticarət və İnkişaf Bankı (ECO TDB) və.s kimi nüfuzlu maliyyə təşkilatları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edir. Bu əməkdaşlıq qeyr-neft sektorunun davamlı inkişafına kömək edir.

EMF mikromaliyyə fondu inkişaf etməkdə olan ölkələrdə maliyyə əlçatanlığını təşviq etmək üçün bir vasitə olaraq 2008-ci ildə təsis edilib. Fond perspektivli, məsuliyyətli, gəlirli və davamlı kiçik və orta biznesləri dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi