“Beynəlxalq Lizinq”in rəhbərliyi dəyişib

Maliyyə
  • 22 fevral, 2018
  • 11:18
“Beynəlxalq Lizinq”in rəhbərliyi dəyişib

Bakı. 22 fevral. REPORT.AZ/ “Beynəlxalq Lizinq” QSC-nin İdarə Heyətinin sədri İlham Musayev vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, onun yerinə Vüqar Bədəlov təyin edilib.

Xatırladaq ki, “Beynəlxalq Lizinq” 2002-ci ildə "Joint Leasing" adı ilə yaradılıb, 2016-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır. Şirkətin səhmləri 100% “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsusdur.