Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsinin spikerləri bəlli oldu!

Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsinin spikerləri bəlli oldu! “Gələcəyə doğru yatırım” şüarı ilə keçiriləcək “Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi” 1 iyun 2024-cü il tarixində “The Ritz Carlton Hotel” də baş tutacaq
Maliyyə
3 May , 2024 11:46
Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsinin spikerləri bəlli oldu!

“Gələcəyə doğru yatırım” şüarı ilə keçiriləcək “Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi1 iyun 2024-cü il tarixində “The Ritz Carlton Hotel” də baş tutacaq.

“Between Estates” MMC və “Facemark” MMC şirkətlərinin təşkilatçılığı ilə ölkəmizdə həyata keçiriləcək olan tədbirin əsas məqsədi Azərbaycan investorlarına Türkiyə, Amerika, Braziliya və Avropa birliyi bazarında əmlak və digər investisiya imkanlarını necə effektiv istifadə edə biləcəkləri barədə məlumat verməkdir.

Peşəkar spikerlər Türkiyədəki əmlak layihələri, Avropa və Türkiyədə investisiyaların qoyulması, iqtisadiyyat və yaşam tərzi, iş və həyat yatırımları və geri dönüşləri, Braziliya və Amerikada yaşam tərzi və yatırım imkanları mövzularından danışacaqlar.

Tədbirdə “Between Estates” şirkətinin rəhbəri, eyni zamanda “Amazon” şirkətinin 15 ölkə üzrə layihə meneceri Günel Ağazadə, Ekspert Onur Sürenoğlu, HETCH-də Davamlılıq və Startap Sahəsinin rəhbəri Aliya Sabir, “Amazon” şirkətinin Baş Biznes İnkişafı Meneceri Patrycja Fusiewicz, ekspert Seymur Rasulov, “Vecon Centre" MMC-nin direktoru İradə Şükürova, “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin təsisçi və direktoru, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev, Kommersiya Əmlakının İdarə Edilməsi üzrə mütəxəssis Dərya Cəfərli, “Amazon RBS” Braziliya üzrə Regional Ölkə Meneceri Mariana Campos, “Bank of Baku” ASC-də Komplayens şöbəsinin müdiri Səbinə Bağırova və digər peşəkarlar spiker qismində çıxış edəcəklər.

Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsinə bilet əldə etmək və tədbirlə bağlı daha ətraflı məlumat əldə etmək üçün www.propertyandinvestment.az saytına keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.

Linkedin: https://www.linkedin.com/company/beyn-lxalq-mlak-v-i-nvestisiya-zirv-si/about/?viewAsMember=true

Facebook: https://www.facebook.com/profile.php?id=61558462283859

İnstagram: https://www.instagram.com/propertyandinvestment.az/

Son xəbərlər

Orphus sistemi