Bəyanat: "AGBank" ASC "Bank Standard" QSC-yə qoşulacaq

Maliyyə
  • 12 fevral, 2016
  • 11:02
Bəyanat: AGBank ASC Bank Standard QSC-yə qoşulacaq

Bakı. 12 fevral. REPORT.AZ/ “AGBank” ASC-nin “Bank Standard” QSC-yə qoşulması prosesinin həyata keçirilməsi üçün əməkdaşlıq etməyə dair razılıq əldə edilib. "Report"un verdiyi xəbərə görə, bu barədə “Bank Standard” və “AGBank”ın birgə bəyanatında bildirilir.

Bəyanatda deyilir ki, “AGBank”ın “Bank Standard”a qoşulması ilə bağlı “AB Standard” Şirkətlər Qrupuna müraciət edib. Bu müraciət əsasında Holdinq tərəfindən niyyət protokolunun imzalanması barədə qərar qəbul edilib.

"Fevralın 11-də imzalanmış niyyət protokoluna əsasən, tərəflər “AGBank”ın “Bank Standard”a qoşulması prosesinin həyata keçirilməsi üçün əməkdaşlıq etməyə dair razılıq əldə edib. Aidiyyəti işlərin görülməsi üçün hər iki bankın, habelə audit və hüquq şirkətlərinin nümayəndələrindən ibarət işçi qrupu yaradılacaq", - deyə bəyanatda qeyd olunub.