Belçikalı ekspert: "Azərbaycan sığorta sahəsində ciddi boşluqlarla üzləşib"

Belçikalı ekspert: "Azərbaycan sığorta sahəsində ciddi boşluqlarla üzləşib" Əksər ölkələr kimi Azərbaycan da sığorta sahəsində ciddi boşluqlarla üzləşib.
Maliyyə
20 İyun , 2024 12:54
Belçikalı ekspert: Azərbaycan sığorta sahəsində ciddi boşluqlarla üzləşib

Əksər ölkələr kimi Azərbaycan da sığorta sahəsində ciddi boşluqlarla üzləşib.

"Report" xəbər verir ki, bunu Belçikanın Löven Katolik Universitetinin professoru Karel Van Hulle Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024), "İqlim dəyişikliyinin təsiri altında sığorta" adlı panel müzakirələrində bildirib.

"Bu boşluq mühüm risklər olduqda vətəndaşları qoruyacaq sığorta məhsullarının olmaması deməkdir. Həmin risklərə təbii fəlakətləri misal gətirə bilərəm. Getdikcə təbiət hadisələrinin də sayı artır və dünyada zərərin yalnız 1/3-i sığorta hesabına qarşılanır. Bu, sel, zəlzələ, fırtına və ya digər təbiət hadisələrində insanların çətin vəziyyətdə qalması deməkdir. Qeyd etdiyim məsələ sığorta sahəsində böyük problemdir və həlli üçün sığorta bazarını genişləndirmək lazımdır. Daha çox insanın sığorta çətiri altında toplaşmasını təmin etməliyik. Bizim riskləri düzgün sərmayə ilə uzlaşdıran sistemə ehtiyacımız var", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi