BƏƏ Azərbaycanla audit sahəsində birgə layihələrin reallaşdırılmasını planlaşdırır

Maliyyə
  • 17 iyul, 2025
  • 14:08
BƏƏ Azərbaycanla audit sahəsində birgə layihələrin reallaşdırılmasını planlaşdırır
Mahmud Əl-Ələvi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) gələcəkdə Azərbaycanla birgə layihələrin reallaşdırılması və potensialın artırılması məqsədilə həm BƏƏ-də, həm də Bakıda proqramların keçirilməsi planlaşdırılır

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin Hesablama Palatasının baş direktoru Mahmud Əl-Ələvi deyib.

"Azərbaycanla audit sahəsində əməkdaşlıq prioritet istiqamətlərimizdəndir. Azərbaycan Hesablama Palatası ilə 2022-ci ildə imzalanmış Anlaşma Memorandumu əməkdaşlıq üçün güclü təməl yaradıb", - M. Əl-Ələvi bildirib.

Azərbaycanla münasibətlərin çox güclü olduğunu qeyd edən baş direktor bildirib ki, 2022-ci ildə imzalanan sənəd bilik və informasiya mübadiləsi, eləcə də potensialın artırılması sahəsində birgə fəaliyyəti təşviq edir: "Bu əməkdaşlıq bizim üçün prioritet istiqamətlərdəndir və qarşıdakı dövrdə daha da genişlənəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti