Dünya bazarında neft bahalaşıb

Dünya bazarında neft bahalaşıb "Brent"in bir barelinin qiyməti 55 dolları üstələyib
Maliyyə
177
21 Mart , 2015 09:12
Dünya bazarında neft bahalaşıb

Bakı. 21 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 3,85% yaxud 1,76 dollar bahalaşaraq 45,72 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də bahalaşma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 1,61% və ya 0,89 dollar qalxaraq 55,32 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barel olacağı təxmin edilir.

Son xəbərlər

Orphus sistemi