"Başak-İnam" sığorta şirkəti nizamnamə kapitalını artırıb

"Başak-İnam" sığorta şirkəti nizamnamə kapitalını artırıb Şirkət nizamnamə kapitalını 17% artıraraq 7 mln. manata çatdırdığını bildirir
Maliyyə
19 Noyabr , 2014 13:09
Başak-İnam sığorta şirkəti nizamnamə kapitalını artırıb
Bakı. 19 noyabr. REPORT.AZ/ “Başak-İnam Sığorta Şirkəti” ASC-nin satışa çıxardığı yeni səhm emissiyasının yerləşdirilməsini tam başa çatdırıb. "Report" xəbər verir ki, bu barədə Bakı Fond Birjası məlumat yayıb.

Birinin nominal dəyəri 200 manat olan 5 000 ədəd səhmin yerləşdirilməsi yekunda Şirkətə ümumilikdə 1 mln. manat gəlir gətirib. 

Xatırladaq ki, Maliyyə Nazirliyinin tələbinə uyğun olaraq sığorta şirkətlərinin kapitalına minimum tələb 5 mln. manat təşkil edir və noyabrın 4-də Nazirlik “Başak-İnam" sığorta şirkətinin kapitalını yetərsiz hesab edib və şirkətin lisenziyasını dayandıraraq 6 ay müddətində kapital yetərsizliyini aradan qaldırmağı tələb edib.

Şirkətin səhmdarlarının noyabrın 7-də keçirilmiş növbədənkənar toplantısında “Başak İnam”ın kapitalının ümumilikdə 3 mln. manat artırılması qərara alınıb.

Qeyd edək ki, “Başak-İnam"ın son emissya prospektində sığorta şirkətinin nizamnamə kapitalı 6 mln. manat həcmində göstərilib. Bu səhm emissiyasını yerləşdirməklə və şirkət nizamnamə kapitalını 16,7% artıraraq 7 mln. manata çatdırdığını bildirir. 

Son xəbərlər

Orphus sistemi