"Barings" rəsmisi: "Azərbaycanın kredit reytinqi onu yüksək gəlirli istiqrazların emitenti edir"

"Barings" rəsmisi: "Azərbaycanın kredit reytinqi onu yüksək gəlirli istiqrazların emitenti edir" Azərbaycanın kredit reytinqi BB+ səviyyəsindədir ki, bu da Türkiyə, Asiya və Latın Amerikasının əksər ölkələrindən yüksəkdir.
Maliyyə
10 Sentyabr , 2024 14:22
Barings rəsmisi: Azərbaycanın kredit reytinqi onu yüksək gəlirli istiqrazların emitenti edir

Azərbaycanın kredit reytinqi BB+ səviyyəsindədir ki, bu da Türkiyə, Asiya və Latın Amerikasının əksər ölkələrindən yüksəkdir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Chain Reaction 2024" forumu çərçivəsində təşkil edilmiş "Web 3 və onun sabit gəlir bazarına təsiri" adlı təqdimat zamanı Böyük Britaniyanın və dünyanın aparıcı investisiya şirkəti "Barings"in idarəedici direktoru Lemer Salah bildirib.

"Ölkənizin kredit reytinqi onu yüksək gəlirli istiqrazların emitenti edir, iqtisadiyyatı şaxələndirmək, neft-qaz gəlirlərindən asılılığı aradan qaldırmaq və yeni sektorların inkişafına keçid üçün əlverişli şərait yaradır," - deyə o qeyd edib.

"Hazırda Azərbaycan iqtisadiyyatı kifayət qədər sabit göstəricilər nümayiş etdirir. Bu, ölkəyə dövlət və bank sektorunun maliyyə balansındakı güclü mövqelərindən effektiv istifadə etməyə və daha çox birbaşa xarici investisiya cəlb etməyə imkan verir. Azərbaycanı Asiyanın və Latın Amerikasının inkişaf etməkdə olan ölkələri ilə müqayisə etdikdə, ölkənizin bank sektorunda ciddi inkişaf potensialı olduğu aydın görünür. Güclü iqtisadiyyat, sabit gəlirlər və mərkəzləşdirilmiş idarəetmə gələcək inkişaf üçün əla şərait yaradır. Bu yolda atılacaq əsas addımlardan biri də daha çox birbaşa xarici investisiya cəlb etmək üçün istiqrazların buraxılması olmalıdır ki, bu da yalnız bank sektorunu gücləndirməklə kifayətlənməyəcək, həm də onun gələcək inkişafına təkan verəcək. Bundan əlavə, ölkənin blokçeyn və digər müasir texnologiyalar kimi yeni iqtisadi seqmentlərə sıçrayış etməsi üçün imkanlar mövcuddur. Bu addım Azərbaycana yeni kapital bazarı yaratmağa və iqtisadi inkişafı sürətləndirməyə imkan verəcək," - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi