Banqkokda APEC sammiti işə başlayır

Banqkokda APEC sammiti işə başlayır Tailandın paytaxtı Banqkok şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti işinə başlayır.
Maliyyə
18 Noyabr , 2022 09:56
Banqkokda APEC sammiti işə başlayır

Tailandın paytaxtı Banqkok şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti işinə başlayır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, sammit noyabrın 18-19-da keçiriləcək.

APEC çərçivəsində nümayəndə heyətləri rəhbərlərinin qurumun İşgüzar Məsləhət Şurası ilə görüşləri nəzərdə tutulub.

APEC regional ticarətin və kapital qoyuluşunun liberallaşdırılması üzrə əməkdaşlıq üçün Asiya-Sakit okean regionunun 21 iqtisadiyyatını birləşdirən forumdur. Forumda Avstraliya, Bruney, Kanada, İndoneziya, Yaponiya, Koreya Respublikası, Malayziya, Yeni Zelandiya, Filippin, Sinqapur, Tailand, ABŞ, Tayvan, Honq-Konq, Çin, Meksika, Papua-Yeni Qvineya, Çili, Peru, Rusiya, Vyetnam iştirak edir.

Son xəbərlər

Orphus sistemi