"Bank VTB"nin başçısı Azərbaycana gəlib

"Bank VTB"nin başçısı Azərbaycana gəlib Bank Azərbaycanda yeni layihələrin maliyyələşdirilməsində maraqlıdır
Maliyyə
3 Mart , 2015 18:10
Bank VTBnin başçısı Azərbaycana gəlib

Bakı. 3 fevral. REPORT.AZ/ "Bank VTB"nin İdarə Heyətinin sədri, prezident Aleksey Kostin Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə "VTB Qrup"un Azərbaycanda biznesinin inkişafında maraqlı olduğu ifadə edilib. Azərbaycan rəhbərliyi isə ölkədə kənd təsərrüfatı və digər məhsullların ixracına investisiyanın genişləndirilməsi məsələsini qaldırıb.

"Report"un bankın baş ofisinə istinadən verdiyi xəbərə görə, görüşdə A.Kostin bildirib ki, 2014-cü ilin sonuna olan məlumata əsasən, "VTB Qrup" ölkə iqtisadiyyatının inkişafına 700 mln. dollar vəsait yatırıb. Bu vəsaitin 300 mln. dolları "Bank VTB (Azərbaycan)"ın inkişafına, daha 400 mln. dollar nəqliyyat və rabitə sahəsində layihələrin maliyyələşdirilməsinə yönəldilib. "Bank VTB"nin rəhbəri Azərbaycanda müxtəlif layihələrin maliyyələşdirilməsində maraqlı olduqlarını vurğulayıb.

Həmçinin A.Kostin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovla görüşüb. Görüşdə qeyd olunub ki, "Bank VTB" digər səhmdar - "AtaHolding"lə birlikdə "Bank VTB (Azərbaycan)"ı inkişaf etdirir. Belə ki, 2014-cü ildə 7 satış nöqtəsi açılıb və onların ümumi sayı 13-ə çatıb. Cari ilin fevral ayında bank Gəncə şəhərində ilk regional filialını açıb.

E.Rüstəmovla görüşdə A.Kostin bildirib ki, "Bank VTB (Azərbaycan)" Azərbaycan Mərkəzi Bankının minimal məcmu kapital tələbini artıq tam yerinə yetirib və hazırda bank ölkə banklarının ilk onluğuna daxil olmaq kimi strateji məqsədinə çatmaq imkanlara malikdir.

Son xəbərlər

Orphus sistemi