“Bank VTB Azərbaycan" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 14 iyul, 2025
  • 17:26
“Bank VTB Azərbaycan maliyyə vəziyyətini açıqlayıb

“Bank VTB Azərbaycan” ASC bu ilin I yarısını 6,319 milyon manat mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 33,9 % çoxdur.

Yanvar-iyun aylarında “Bank VTB Azərbaycan”ın gəlirləri 28,336 milyon manat (illik müqayisədə 33,9 % çox), xərcləri 22,282 milyon manat (23,6 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 265 min manat (6 dəfə az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 337,037 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,4 % çoxdur. Bunun 206,496 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 10,3 % böyüyüb.

Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 18,5 % artaraq 229,182 milyon manata, o cümlədən depozit portfeli 27,2 % artaraq 140,385 milyon manata, balans kapitalı isə 12,3 % artaraq 107,855 milyon manata çatıb.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,815 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.