“Bank VTB Azərbaycan” maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 25 aprel, 2022
  • 08:09
“Bank VTB Azərbaycan” maliyyə vəziyyətini açıqlayıb

“Bank VTB Azərbaycan” ASC bu ilin I rübünü 5,497 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 30,7 dəfə çoxdur.

Yanvar-mart aylarında “Bank VTB Azərbaycan”ın gəlirləri 11,602 milyon manat (illik müqayisədə 2,2 dəfə çox), xərcləri 8,09 milyon manat (34,6 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 1,985 milyon manat (2,5 dəfə çox) təşkil edib.

Bu il aprelin 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 203,222 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,2 % çoxdur. Bunun 148,748 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 44,4 % böyüyüb.

Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 7,3 % artaraq 129,032 milyon manat, o cümlədən depozit portfeli 5,4 % azalaraq 62,606 milyon manat, balans kapitalı isə 15,7 % artaraq 74,19 milyon manat olub.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

44 filmi