“Bank VTB Azərbaycan”ın səhmdarlarının yığıncağı keçiriləcək

“Bank VTB Azərbaycan”ın səhmdarlarının yığıncağı keçiriləcək Yanvarın 15-də, saat 11:00-da “Bank VTB Azərbaycan” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yiğincaği keçiriləcək.
Maliyyə
140
1 Dekabr , 2020 16:07
“Bank VTB Azərbaycan”ın səhmdarlarının yığıncağı keçiriləcək

Yanvarın 15-i saat 11:00-da “Bank VTB Azərbaycan” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” Banka istinadən xəbər verir ki, yığıncaq kredit təşkilatının Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “Bank VTB Azərbaycan”ın nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələsi daxildir.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

Son xəbərlər

Orphus sistemi