“Bank VTB Azərbaycan"ın xalis mənfəəti 10 % azalıb

Maliyyə
  • 15 yanvar, 2025
  • 08:26
“Bank VTB Azərbaycanın xalis mənfəəti 10 % azalıb

“Bank VTB Azərbaycan” ASC 2024-cü ili 9,538 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 10,1 % azdır.

Ötən il “Bank VTB Azərbaycan”ın gəlirləri 47,402 milyon manat (illik müqayisədə 35,5 % çox), xərcləri 38,337 milyon manat (27 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 3,49 manat (58,9 % az), mənfəət vergisi ödəmələri isə 3,017 milyon manat (13 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 317,098 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 26,9 % çoxdur. Bunun 206,759 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 26,3 % böyüyüb.

Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 36,1 % artaraq 216,112 milyon manata, o cümlədən depozit portfeli 27,8 % artaraq 114,153 milyon manata, balans kapitalı isə 10,9 % artaraq 100,986 milyon manata çatıb.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,815 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

44 filmi