“Bank VTB Azərbaycan"ın mənfəəti artıb
- 25 iyul, 2022
- 11:42
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bank VTB Azərbaycan” ASC bu ilin I yarısını 6,208 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,3 dəfə çoxdur.
Yanvar-iyun aylarında “Bank VTB Azərbaycan”ın gəlirləri 20,489 milyon manat (illik müqayisədə 86,6% çox), xərcləri 19,148 milyon manat (53,9 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 4,867 isə milyon manat (99% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 203,425 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1 % azdır. Bunun 146,36 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 22,1 % böyüyüb.
Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 8,2 % azalaraq 128,852 milyon manata, o cümlədən depozit portfeli 25,6 % azalaraq 65,358 milyon manata düşüb, balans kapitalı isə 14,3 % artaraq 74,573 milyon manata çatıb.
Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.