“Bank VTB Azərbaycan"ın mənfəəti 29 % azalıb

Maliyyə
  • 11 oktyabr, 2024
  • 06:43
“Bank VTB Azərbaycanın mənfəəti 29 % azalıb

“Bank VTB Azərbaycan” ASC bu ilin yanvar-sentyabr aylarını 6,14 milyon manat mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 29 % azdır.

9 ay ərzində “Bank VTB Azərbaycan”ın gəlirləri 33,451 milyon manat (illik müqayisədə 30,6 % çox), xərcləri 27,746 milyon manat (18,9 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 435 min manat (93,2 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 299,153 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 29,4 % çoxdur. Bunun 195,804 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 21,6 % böyüyüb.

Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 41,6 % artaraq 201,507 milyon manata, o cümlədən depozit portfeli 53,4 % artaraq 110,234 milyon manata, balans kapitalı isə 9,8 % artaraq 97,645 milyon manata çatıb.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,815 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti