“Bank VTB Azərbaycan"ın mənfəəti 18 % azalıb

Maliyyə
  • 12 iyul, 2024
  • 07:40
“Bank VTB Azərbaycanın mənfəəti 18 % azalıb

“Bank VTB Azərbaycan” ASC bu ilin I yarısını 4,72 milyon manat mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 17,9 % azdır.

Yanvar-iyun aylarında “Bank VTB Azərbaycan”ın gəlirləri 21,157 milyon manat (illik müqayisədə 27,3 % çox), xərcləri 18,025 milyon manat (15,2 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 1,589 milyon manat (66,7 % və yaxud 3 dəfə az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 289,498 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 23,5 % çoxdur. Bunun 187,154 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 22,6 % böyüyüb.

Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 30,6 % artaraq 193,432 milyon manata, o cümlədən depozit portfeli 30,4 % artaraq 110,384 milyon manata, balans kapitalı isə 11,4 % artaraq 96,066 milyon manata çatıb.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,815 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti