“Bank VTB Azərbaycan"ın mənfəəti 2 dəfədən çox artıb

Maliyyə
  • 26 oktyabr, 2022
  • 09:16
“Bank VTB Azərbaycanın mənfəəti 2 dəfədən çox artıb

“Bank VTB Azərbaycan” ASC bu ilin yanvar-sentyabr aylarını 9,57 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,4 dəfə çoxdur.

9 ay ərzində “Bank VTB Azərbaycan”ın gəlirləri 29,502 milyon manat (illik müqayisədə 67,1 % çox), xərcləri 27,684 milyon manat (50,1 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 7,752 milyon manat (64,7 % çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 219,221 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,3 % çoxdur. Bunun 134,623 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,6 % böyüyüb.

Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 2,6 % artaraq 141,394 milyon manat, o cümlədən depozit portfeli 11,2 % azalaraq 76,878 milyon manat, balans kapitalı isə 13,8 % artaraq 77,827 milyon manat olub.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

44 filmi