“Bank VTB Azərbaycan” bu ilin I yarısını mənfəətlə başa vurub

“Bank VTB Azərbaycan” bu ilin I yarısını mənfəətlə başa vurub “Bank VTB Azərbaycan” ASC bu ilin I yarısını 1,5milyon manat mənfəətlə başa vurub.
Maliyyə
28 İyul , 2020 18:05
“Bank VTB Azərbaycan” bu ilin I yarısını mənfəətlə başa vurub

“Bank VTB Azərbaycan” ASC bu ilin I yarısını 1,5 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 67,2% azdır.

Yanvar-iyun aylarında “Bank VTB Azərbaycan”ın gəlirləri 5,4 milyon manat (illik müqayisədə 16,8% az), xərcləri 8,8 milyon manat (4,6% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 5 milyon manat (33,5% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 168,6 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,7% çoxdur. Bunun 70,5 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə bankın kredit portfeli 49,7% böyüyüb.

Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 27,1% artaraq 106,9 milyon manata, o cümlədən depozit portfeli 7,5% artaraq 61,4 milyon manata, balans kapitalı isə 2,2% artaraq 61,7 milyon manata çatıb.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

Son xəbərlər

Orphus sistemi