“Bank VTB Azərbaycan” bu ilin I rübünü mənfəətlə başa vurub

“Bank VTB Azərbaycan” bu ilin I rübünü mənfəətlə başa vurub Bank mənfəət vergisi ödəməyib
Maliyyə
23 Aprel , 2021 17:55
“Bank VTB Azərbaycan” bu ilin I rübünü mənfəətlə başa vurub

“Bank VTB Azərbaycan” ASC bu ilin I rübünü 179 min manat mənfəətlə başa vurub.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-mart aylarında “Bank VTB Azərbaycan”ın gəlirləri 5,381 milyon manat (illik müqayisədə 3,8 dəfə çox), xərcləri 6,011 milyon manat (26,5 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 809 min manat (5,85 dəfə az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 184,381 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,8 % çoxdur. Bunun 102,996 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 83,1 % böyüyüb.

Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 16,1 % artaraq 120,251 milyon manata, o cümlədən depozit portfeli 6,9 % artaraq 66,2 milyon manata, balans kapitalı isə 4,6 % artaraq 64,13 milyon manata çatıb.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

Son xəbərlər

Orphus sistemi